Siyasət

Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidi təbrik edib

3 Oktyabr 2025 11:19
Baxış: 250

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.