Ermənistan və Azərbaycan səmasında uçan təyyarə - Nə baş verir?
Britaniyanın özəl şirkətinin təyyarəsi Ermənistan və Azərbaycanın hava limanlarında növbə ilə texniki uçuşlar həyata keçirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
"Flightradar24" uçuş izləmə xidmətinin məlumatına əsasən, martın sonunda İrəvan və Qarakilsə səmasında dövrə vuran "Beech King Air 350i" təyyarəsi görünüb. Sonralar təyyarə Tiflisə, oradan Gəncəyə və cənuba - Qarabağ ərazisinə doğru uçub və orada da uzun müddət havada dövrə vurub. Təyyarə Böyük Britaniyanın Bornmut şəhərində yerləşən "Flight Precision" özəl şirkətinə məxsusdur. Şirkət bütün dünyada uçuş təhlükəsizliyinin yoxlanılması xidmətlərini təqdim edir. Onların Avropa, Afrika, MDB, Yaxın Şərq və Uzaq Şərqdə həm mülki, həm də hərbi sektorda çalışdıqları bildirilir", - məlumatda qeyd edilib.
Ermənistanın Mülki Aviasiya Komitəsindən nəşrə bildirilib ki, "Armaeronavigatsiya" QSC-nin sifarişi ilə İngiltərənin "Flight Precision Ltd" şirkəti mart ayında Qarakilsə hava limanında bu yaxınlarda quraşdırılmış VOR/DME radionaviqasiya sistemini yoxlamaq üçün "Beechcraft Corporation" şirkətinin B300 təyyarəsində sınaq uçuşları həyata keçirib.
"Öz tərəfimizdən qeyd edirik ki, hazırda Qarakilsə hava limanı hərbi aerodrom kimi fəaliyyət göstərir. Baxmayaraq ki, onun mülki uçuşlar üçün də yenidən işə salınması planlaşdırılır.
Onu da bildirək ki, Qarabağda olan təyyarə Azərbaycanın yeni inşa etdiyi Laçın hava limanı ərazisində texniki uçuşlar həyata keçirirmiş. Qeyri-rəsmi məlumata görə, oraya enən/uçan ilk təyyarə olub. Aprelin əvvəlində Azərbaycana uçan təyyarə Tiflis vasitəsilə Ermənistana qayıdıb. O, Qarakilsə və Qafan hava limanları ərazisində uçub, sonra Avropaya doğru istiqamət alıb", - nəşr vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı





