Siyasət

Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, BMT-nin qətnamələrinə söykənirdi

20 Oktyabr 2024 00:02
Baxış: 565

Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan "Azadlıq" Radiosunun Erməni Xidmətinə müsahibəsində deyib.

Spiker həmçinin Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq ictimaiyyətdən lazımi reaksiya almadığını da qeyd edib:

"Buna səbəb həm də bizim tərəfdən legitim hüquqların mövcud olmaması ilə əlaqədar idi. Azərbaycan Qarabağda əməliyyatları BMT-nin 4 qətnaməsinə istinad edərək həyata keçirmişdi".

A. Simonyan eyni zamanda həm Ermənistan, həm də Azərbaycana düşmən olan ölkələrin sülh danışıqlarının dalana dirənməsini istədiyini açıqlayıb:

"Biz Ermənistan və Azərbaycan arasında sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Hər iki ölkəyə düşmən mövqedə olan dövlətlər məhz bunu istəyirlər" - A. Simonyan belə deyib.

Sonda Erməni spiker tərəflər arasında sülh müqaviləsinin imzalanmasının "3+3" formatı çərçivəsində reallaşması təklifinə də toxunub:

"Hesab edirəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Lakin başa düşmürəm ki, hazırda mövcud olan variantdan başqa üsul nəyə lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.