Siyasət

İlham Əliyev iki qanunda dəyişikliklə bağlı fərman imzaladı

27 İyun 2024 13:46
Baxış: 861

Prezident İlham Əliyev "Dərman vasitələri haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və "Dərman vasitələri haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Nazirlər Kabineti "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Qərarın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, "Dərman vasitələri haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanundan irəli gələn digər məsələləri həll etməlidir.

"Dərman vasitələri haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanın 2.1-2-ci bəndində ikinci halda "üçüncü" sözü "dördüncü" sözü ilə əvəz edilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.