Siyasət

Fransa erməniləri daha sürətlə silahlandıracaq - FOTO

23 Fevral 2024 11:16
Baxış: 2 845

Bu gün İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.

Milli.Az bildirir ki, Ermənistanda rəsmi səfərdə olan S.Lekornu Ermənistanın Müdafiə Nazirliyinin binasında təntənəli şəkildə qəbul olunub.

Daha sonra danışıqlar olub, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı yeni sənədlər paketi imzalanıb.

Paris və İrəvan imzalanmış sənədlər barədə heç bir rəsmi məlumat yaymayıblar.

İlkin informasiyalara görə, Fransa Ermənistanla hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığı daha intensiv şəkildə davam etdirəcək.

Belə ki, Fransa Ermənistana zirehli texnikalar, hava hücumundan müdafiə və reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, ilkin radiolokasiya xəbəretməsi və radiolokasiya müşahidəsi sistemləri verəcək.

Bununla yanaşı, fransalı hərbi təlimatçılar Ermənistan ordusunda xüsusi təyinatlı və dağ-atıcı birliklərin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə məşğul olacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.