Siyasət

Erməni ordusunda qətliamların səbəbi… - Ekspert

16 Yanvar 2024 14:05
Baxış: 813

Ermənistan ordusunda qeyri-xidməti münasibətlər, əsgər-zabit konfliktləri hər zaman olub. Hələ işğal dövründə Qarabağda qurduğu postlarda erməni əsgərlərə qarşı zorakılıq, təcavüz və güllələnmə hadisələri mütəmadi baş verirdi.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a hərbi ekspert Telman Qasımov Ermənistan ordusunda son günlər əsgərlərin zabitləri güllələməsi, o cümlədən əsgər ölümlərinin artması ilə bağlı deyib.

Onun sözlərinə görə, bu günə qədər Ermənistanda əsgər ölümləri ilə bağlı yüzlərlə açılmamış cinayət işi var:

"Səbəbi ordu rəhbərliyinin korrupsiyalaşmasıdır. Rusiyada təhsil almış erməni zabitlər sovet dövrünün psixologiyası ilə yaşayır və ordunu o cür idarə edirlər. Korrupsiya, özbaşınalıq, yanacağın, əsgər yeməyinin satılması adi hal alıb. Digər tərəfdən, orduda nə qədər islahatlar fonu yaratsalar da, istər hərbi hazırlıq, istərsə də ordu daxilindəki özbaşınalıq və korrupsiya ilə mübarizə baxımından dəyişən heç nə yoxdur".
Hərbi ekspertin sözlərinə görə, Paşinyanın mübarizə tədbiri kimi ümid bəslədiyi kadr dəyişikliyi də effektiv görünmür:

"Çünki peşəkar, yüksək təhsilli kadrlar yoxdur. Ermənistan ordusunun zabitlərinin böyük əksəri Rusiyada təhsil alan kadrlardan ibarətdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.