Siyasət

Peskovun “xatırlatması”: Bunun Qarabağa nə aidiyyəti?

27 Noyabr 2023 08:30
Baxış: 1 174

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır. Görəsən, Peskov nəyi nəzərdə tutub? Rusiya Azərbaycanın tərkib hissəsi olan Qarabağda niyə olmalıdır?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Qərb dövlətlərinin bir qismi Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışır:

"Ancaq bunun Qarabağa aiddiyyəti yoxdur. ABŞ və ya Fransa İrəvanın istəyi ilə Ermənistanda Rusiya hərbçilərini əvəz etmək istəyərdilər, ancaq Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Rusiya hərbi kontingentini evinə yol salmağa çalışan Azərbaycan rus hərbçiləri Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.