Siyasət

Korsika xalqına dəstək məqsədilə Milli Məclisdə yeni qrup yaradıldı

24 Oktyabr 2023 17:05
Baxış: 601

Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılıb.

Milli Məclisdən verilən məlumata görə, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.

Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.