Siyasət

BMT nümayəndələri indi gəlmək istəyirsə... - VİDEO

14 Oktyabr 2023 13:22
Baxış: 962

30 il işğal altında olan torpaqlarımızda məscidlərimiz, tarixi abidələrimiz, hətta qəbirstanlıqlarımız belə dağıdıldı. Bu müddət ərzində nə BMT-nin, nə də ki, onun ayrı-ayrı təsisatlarının, o cümlədən də UNESCO -nun  ölkəmizin müraciətlərinə hər hansı bir formada cavab verdiyinin şahidi olmadıq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu faktları görmək üçün beynəlxalq təşkilatların ərazilərə baş çəkmədiyini deyən politoloq Elçin Mirzəbəyli bildirib ki, BMT və onun təsisatları tamamilə bu prosesi diqqətdən kənar qoydular.

Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, BMT missiyasının növbəti dəfə müraciətinin ortaya çıxması əslində ikili standartın nümunəsi kimi dəyərləndirilə bilər.

Ekspertlər  hesab edir ki, BMT nümayəndələri indi gəlmək istəyirlərsə onlar mina probleminə, Qərbi Azərbaycan məsələsinə də baxmalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.