Siyasət

İlham Əliyev: Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı ümidlər şişirdilmiş idi

29 Sentyabr 2023 15:03
Baxış: 648

Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

Bu gün də erməni xalqının onlara (kriminal hərbi cinayətkarlara - red.) nifrət etdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: "Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı ümidlər şişirdilmiş idi. Hazırkı Ermənistan hakimiyyəti Azərbaycanla sülhə gəlmək istəsəydi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər, keçmiş həmsədrlər bunu bilirdilər. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında bunu dinc yolla həll etməyə hazır idik".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.