Siyasət

Xankəndiyə 32 ton benzin göndərildi - RƏSMİ

28 Sentyabr 2023 10:14
Baxış: 773

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola salınıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.