Siyasət

Ermənilər görüşə onu göndərib, Bakı imtina edib

21 Sentyabr 2023 14:19
Baxış: 2 942

Yevlaxda aparılan danışıqlarda erməni icmasını təmsil edən nümayəndələr arasında Artur Arutyunyan yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, separatçıların keçmiş rəhbəri Araik Arutyunyanın əmisi oğlu, hazırda özünü "dövlət naziri" kimi təqdim edən Artur Arutyunyanın nümayəndə heyətinə rəhbər təyin edilməsi qərara alınsa da, Azərbaycan tərəfi bundan imtina edib.

Hazırda görüşdə erməni icmasını David Melkumyan və Sergey Martirosyan təmsil edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.