Siyasət

Şahramanyan "seçilsə", qan töküləcək - Petrosyan

7 Sentyabr 2023 14:30
Baxış: 2 715

Samvel Şahramanyan yaxşı oğlandır, amma problem ondadır ki, o, Saakyanın, Qukasyanın və Arutunyanın namizədidir. Əminəm ki, onu da 15-20 gündən sonra qovacaqlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Qarabağ separatçılarının nümayəndəsi Tiqran Petrosyan deyib.

Onun sözlərinə görə, Şahramanyanın "seçilməsindən" sonra qan töküləcək:

"Qarabağdakı "hökumət" legitim deyil. Onları heç kim ciddi qəbul etmir. Xalqın onlara inamı sıfırdır. Ən məntiqli namizəd Masis Mailyandır. Əgər başqa şəxs "seçilsə", Qarabağda qan töküləcək. Əmin edirəm ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq".

Petrosyan bildirib ki, daxili siyasi oyunlar səbəbindən Laçın dəhlizinin açılması şansları da itirilib:

"Çox yaxında Əliyev onlara ultimatum verəcək. Əgər əməl etməsələr müharibə başlayacaq. Çünki daxili siyasi oyunlar səbəbindən Laçın dəhlizinin açılması şansını əldən vermişik. Xalqı hədələyirlər ki, vətəndaş itaətsizliyi olmasa, türklər girəcək. 25 il hər kəsi aldadıblar, kim nə deyirdisə, cavab verirdilər ki, "Türkün dəyirmanına su tökürsən". İndi bunu ona görə edirlər ki, xalq namizədə qarşı çıxmağa çalışmasın".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.