Siyasət

Bu addım xarici ticarət və turizm potensialını artıracaq – İbrahim Yumaklı

19 Avqust 2023 20:42
Baxış: 659

Zəngəzur dəhlizinin açılması türk dünyasının xarici ticarət və turizm potensialını artıracaq.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı bildirib.

"Bu dəhlizin türk dünyasına qapı kimi açılması həm ticarət, həm də mədəni əlaqələri gücləndirəcək. İğdırın ölkəmizdə bu dəhlizin başlanğıc nöqtəsi olması bölgəni inkişaf etdirəcək." - deyə nazir qeyd edib.

Yumaklı bildirib ki, Azərbaycanın Qarabağdakı zəfəri Zəngəzur dəhlizinin açılması üçün fürsət yaradıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.