Siyasət

"Buna görə də İran heç vaxt Azərbaycanla xoş münasibətlər qura bilməyəcək"

12 Aprel 2023 08:07
Baxış: 1 114

İran sözdə yumuşalma göstərsə də, əməldə biz bunu görmürük. Əməli addımlar üçün İran ermənilərə dəstək verməkdən əl çəkməli, Azərbaycanın iç məsələlərinə qarışmamalıdır.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a güneyli araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər İran və Azərbaycan XİN-in diplomatik münasibətləri inkişaf etdirməklə bağlı apardıqları söhbəti şərh edərkən deyib.

O qeyd edib ki, İran Azərbaycanı qarşısına ala bilməz:

"Bunun Güney Azərbaycanda əks-reaksiyalar doğuracağını anlayır. Güney Azərbaycan məsələsi İranın əsas problemi hesab olunur. Problem İranın öz sərhədlərinin içindədir. Buna görə də İran heç vaxt Azərbaycanla xoş münasibətlər qura bilməyəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.