Siyasət

Rusiyadan Türkiyəyə qarşı təxribat: “Əlimizdə sübut var” - Şok gəlişmə

31 Yanvar 2023 21:11
Baxış: 1 401

Finlandiya xarici işlər naziri Pekka Haavisto Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması ilə bağlı təxribatın Rusiya ilə əlaqəsinin olduğu iddiasını gündəmə gətirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Haavisto təxribatı həyata keçirən irqçi siyasətçi Rasmus Paludanın Rusiya ilə əlaqələrinin araşdırıldığını və bununla bağlı önəmli dəlillərin olduğunu bildirib.

"Məsələn, sual yaranır ki, Rusiya, yoxsa NATO üzvlüyünü istəməyən üçüncü tərəflər ortalığı qarışdırmaq istəyirlər? Bu bağışlanmazdır", - finlandiyalı nazir bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.