Siyasət

Vardanyan Xankəndidəki xaos HAQDA: Varlılar gedir, benzin gizlədilir...

8 Yanvar 2023 20:00
Baxış: 1 228

Xankəndidəki separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan Qarabağ sakinlərindən birinin bir neçə ton benzin aldığını, onu "əməliyyat qərargahına" ötürmədiyini, ancaq ailəsinin maşınları üçün istifadə etdiyini bildirib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, Vardanyan "bir varlı ailənin öz əlaqələrindən istifadə edərək tətilə getməsindən" də narazı qalıb.

O, daha sonra mağaza sahiblərini ancaq qohum və tanışlarına mal paylamaqda ittiham edib.

Vardanyan yekunlaşdıraraq deyib ki, "biz hamımız bir qayıqdayıq və hər şeyi paylaşmalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.