Siyasət

Nikolun “ideya”sına Kremlin cavabı: Bakı razı olmalıdır

29 Dekabr 2022 21:04
Baxış: 678

Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına kömək etməkdə davam edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Rusiya ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirmək niyyətindədir. Kreml Laçın yolundakı vəziyyətdən də narahatdır. Laçın yolu ətrafında yaranmış gərginliyə görə Rusiya tərəfi həm İrəvan, həm də Bakı ilə öz işini və səylərini davam etdirəcək", - o vurğulayıb.

Peskov Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi ideyası ilə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatını da şərh edib. Kreml sözçüsünə görə, hər şeydən öncə Azərbaycan buna razı olmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.