Siyasət

İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşdü

24 Noyabr 2022 08:23
Baxış: 354

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə ilə görüşüb.

Bu haqda İran səfirliyinin teleqram səhifəsində məlumat paylaşılıb.

Görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri müzakirə edilib.

Həmçinin media əməkdaşlığı və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics