Ukrayna aviasiyası Rusiya ordusunun dayaq məntəqələrinə 8 hava zərbəsi endirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub operativ komandanlığı məlumat yayıb.
Məlumatda bildirilir ki, son sutkada Rusiya ordusunun 3 tankı, 3 zirehli texnikası, 3 kəşfiyyat dronu və 1 silah anbarı məhv edilib. Paralel olaraq 125 hərbçi zərərsizləşdirilib.
Milli.Az