Ukraynanın cənubunda 3 kəşfiyyat dronu vurulub

10 Noyabr 2022 08:12

Ukrayna aviasiyası Rusiya ordusunun dayaq məntəqələrinə 8 hava zərbəsi endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub operativ komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutkada Rusiya ordusunun 3 tankı, 3 zirehli texnikası, 3 kəşfiyyat dronu və 1 silah anbarı məhv edilib. Paralel olaraq 125 hərbçi zərərsizləşdirilib.

Milli.Az