Siyasət

Azərbaycan XİN İranda dini məbədə hücumu pisləyib

26 Oktyabr 2022 23:50
Baxış: 785

Azərbaycan Respublikası XİN İranda dini məbədə terror hücumunu pisləyib.

Milli.Az bildiir ki, bu barədə məlumat Nazirliyin Tvitter hesabında paylaşılıb.

"İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir", - məlumatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.