Siyasət

Ukrayna Şoyqunu təkzib etdi: "Çirkli bomba"mız yoxdur!

23 Oktyabr 2022 22:00
Baxış: 822

Kiyev "çirkli bomba" əldə etmək niyyətində deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb.

"Ukrayna Nüvə Silahlarının Qarşısının alınması müqaviləsinə sadiqdir. Bizim heç bir "çirkli bomba"mız yoxdur və onları almağı planlaşdırmırıq", - Kuleba bildirib.

Qeyd edək ki, Rusiya müdafiə naziri S.Şoyqu bu gün Türkiyə, Fransa, Britaniya və ABŞ müdafiə nazirləri ilə telefon danışıqlarında Ukraynanın mümkün "çirkin bomba" təxribatı ilə bağlı narahatlığını ifadə etmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.