Siyasət

Azərbaycanın XİN başçısı Aleksandr Şallenberq ilə görüşüb - FOTO

21 Sentyabr 2022 07:35
Baxış: 653

20 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən Milli.Az-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan-Avstriya arasında münasibətlərin perspektivləri, enerji təhlükəsizliyi, son regional vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, Azərbaycanın sülh quruculuğu təşəbbüslərini irəlilətdiyi, bütün bunlara baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini qeyd edib və genişmiqyaslı təxribatları barədə ətraflı məlumat verib. Ölkəmizin bölgədə sülh və sabitliyin yaradılması istiqamətində səylərə və mövcud problemlərin siyasi müstəvidə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Avstriyalı nazir bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu, atəşkəsin və danışıqlara qayıtmağın vacib olduğunu bildirib. Avstriya tərəfi Avropanın enerji təhlüləsizliyinin təmin olunmasının zəruri olduğunu, bu xüsusda cari ilin 18 iyul tarixində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış anlaşma memorandumunun da əhəmiyyətini qeyd edib.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.