“ABŞ Ermənistanı Rusiyadan qoparmağa çalışır” - Zərdüşt Əlizadə
"Sözsüz ki, Pelosinin Ermənistan səfəri və verdiyi açıqlamalara görə, Rusiya hakimiyyətini təmsil edən şəxslər əsəbləşib. Amma Rusiya-Ermənistan münasibətlərinə bu səfər təsir göstərə bilməz. Rusiyanın Ermənistandakı təsir imkanlarını bir-bir sadalasaq görərik ki, Pelosinin səfəri bu amillərə təsir göstərmir. Məsələn, hərbi bazası, Ermənistan sərhədlərini qoruması, iqtisadiyyatın əsas və strateji istiqamətlərinə nəzarət, silah təchizatı, Qarabağ məsələsinə nəzarət və s.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Zərdüşt Əlizadə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda verdiyi açıqlamalarda üstüörtülü şəkildə Rusiyanı "vurmasının" nəticələri haqqında danışarkən deyib.
Əlizadə əlavə edib ki, Nikol Paşinyanın hazırda bacardığı bir iş var:
"Ermənistan hakimiyyətini qoruyub saxlaya bilir. Ancaq digər proseslərə təsir edə bilmir. Qısacası, bu səfər Rusiyanın Ermənistan üzərində təsirini azalda bilməz. Ancaq aydındır ki, ABŞ Ermənistanı Rusiyadan qoparmaq istəyir".
Zərdüşt Əlizadə Nensi Pelosinin İrəvanda çıxışı zamanı ermənilərlə farslar arasında baş verən müharibədən nümunə gətirməsini də qiymətləndirib:
"Əslində ABŞ-ın İrandan zəhləsi getdiyini nəzərə alaraq Pelosinin belə addımı İrana təzyiq kimi qiymətləndirilə bilər. İran bunu diqqətə alsa, bu, Ermənistan-İran əlaqələrinə təsir edə bilər. Amma İran yaxşı anlayır ki, Ermənistan ondan çox asılıdır. Hətta ABŞ-dan asılılığı daha azdır, nəinki İrandan. Bu mənada düşünmürəm ki, bu, İran-Ermənistan münasibətlərinə ciddi təsir göstərsin. Yəni Pelosinin fikirləri Ermənistanın İrandan asılılığının təsiri baxımından heç nədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib





