Siyasət

Putin bu tarixdə hakimiyyətdən uzaqlaşdırılacaq

11 Sentyabr 2022 19:54
Baxış: 2 481

Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu politoloq Andrey Piontkovski deyib.

"Putin üçün siyasi fəlakət çox sadədir. Məhz iki hadisədən biri - Xersonun azad edilməsi və ya Krım körpüsünün dağıdılmasından sonra o, sadəcə olaraq, hakimiyyətdən uzaqlaşdırılır. Ertəsi gün "Qu gölü"nü yenidən eşidəcəyik və fasilə zamanı bizə məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib və səhhəti ilə əlaqədar, yaşının çox olması səbəbindən artıq vəzifəsini yerinə yetirə bilmir", - ekspert deyib.

Onun sözlərinə görə, bunun üçün hətta əlverişli tarix də var: oktyabrın 7-də Putinin 70 yaşı tamam olan gün.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.