Siyasət

Dnepr raket atəşinə tutuldu, ölənlər və yaralananlar var

16 İyul 2022 08:08
0 Şərh     Baxış: 473

Rusiya silahlı qüvvələri Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko öz Teleqramında məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın atəşi nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

"Raketlər sənaye müəssisəsinə və onun yanındakı hərəkətli küçəyə düşüb. Rusiyanın bu hücumu 3 nəfərin həyatına son qoyub, daha 15 nəfər yaralanıb", - o yazıb.

O qeyd edib ki, dağıntının miqyası dəqiqləşdirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.