Siyasət

Üç ölkə Lavrova görə hava məkanını bağlayıb

5 İyun 2022 23:24
0 Şərh     Baxış: 1 219

Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya planlaşdırılan səfəri baş tutmaya bilər.

Bu barədə Serbiyanın "Veçerne novosti" qəzeti məlumat yayıb

Buna səbəb Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanlarını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlamasıdır.

Serbiya Baş naziri Anna Brnabiç deyib ki, Sergey Lavrovun səfəri ilə bağlı xüsusi mürəkkəb vəziyyət yaranıb. Baş nazir hazırda Prezident Aleksandr Vuçiçin Rusiya xarici işlər nazirinin səfəri üzərində çalışdığını, Rusiya, ABŞ, Almaniya və Avropa İttifaqının nümayəndələri ilə danışıqlar apardığını yazıb

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.