Heydər Əliyev 44 günlük müharibədə bütün dünyanı heyran etmiş güclü Azərbaycan ordusunun əsasını qoyub - Piter Teys
Heydər Əliyev 44 günlük müharibə dövründə bütün dünyanı heyran etmiş güclü Azərbaycan ordusunun əsasını qoyub.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
"Heydər Əliyev ordu quruculuğuna, təchizatına və peşəkar hazırlığına böyük diqqət ayırırdı. Və 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə dövründə bütün dünyanı heyran edərək suveren Azərbaycan ərazilərini erməni işğalından azad etdi. Heydər Əliyev müasir, yüksək inkişaf etmiş Azərbaycanın memarıdır. Ümummilli lider Heydər Əliyevin liderliyi, müdrikliyi və vətənpərvərliyi sayəsində güclü ordu və şaxələndirilmiş milli iqtisadiyyat qurmaq mümkün oldu. Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycan cəmiyyətinin dinamik inkişafının təməlini qoydu və bu gün inkişaf Prezident İlham Əliyevin rəhbərliyi altında davam edir", - P.Teys deyib.
Ekspert vurğulayıb ki, Heydər Əliyev məzhəblərarası dialoq və bütün dinlərin nümayəndələrinin dinc birgəyaşayışının təmin olunduğu demokratik, müstəqil və çiçəklənən Azərbaycanın qurucusudur.
"Heydər Əliyev daim Azərbaycanın dünya arenasında irəliləməsi üçün böyük səylər göstərib. Onun qüsursuz rəhbərliyi və gələcəyə baxışı sayəsində Azərbaycanın diplomat, mühəndis və alimləri bütün dünyada böyük uğurlar qazanıb. Son 50 il ərzində Avropa tarixində Heydər Əliyev kimi öz həmvətənlərinə vətənpərvərlik, qətiyyət, əməksevərlik, cəmiyyətə ədalətli xidmət və iqtisadiyyatı möhkəmləndirmək arzusu aşılayan dövlət başçısı tapmaq çətindir. Bu gün sabit demokratik idarəçiliyi, yüksək inkişaf etmiş Silahlı Qüvvələri, müdafiə sənayesi, milli iqtisadiyyatı olan Azərbaycan Avropanın ən zəngin dövlətlərinin həsəd apardığı ölkədir. Bütün bu nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu prioritetlər və milli maraqlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılır", - ekspert bildirib.
P.Teys həmçinin Heydər Əliyevin uğurlu enerji strategiyasını da xüsusi vurğulayıb və bildirib ki, bu sayədə Azərbaycan özünü etibarlı enerji ehtiyatları tədarükçüsü kimi tanıdıb.
"Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanla ABŞ arasında enerji sahəsində daha sıx əməkdaşlıq qurmaq mümkün oldu. Bu gün Azərbaycan "Şahdəniz" yatağından Avropaya boru xətləri ilə sabit qaz tədarükünü həyata keçirir. Bakı və Vaşinqton Avropanın və ümumilikdə beynəlxalq ictimaiyyətin enerji təhlükəsizliyi hədəflərini bölüşür. Bazar prinsipləri işləyərkən və enerji daşıyıcılarının ixrac marşrutları müxtəlif və etibarlı olarkən bütün xalqlar bundan faydalanır". - deyə o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib





