Siyasət

Boris Consonun Kiyevə səfəri hələ planlaşdırılmayıb

22 Mart 2022 22:04
0 Şərh     Baxış: 674

Böyük Britaniyanın baş naziri Boris Consonun Ukraynaya səfəri hələ planlaşdırılmayıb, lakin o, rəsmi dəvət alacağı təqdirdə belə bir imkan araşdırılacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə baş nazirin ofisindən jurnalistlərə məlumat verilib.

Qeyd olunub ki, hələ Ukrayna Prezidenti Volodimir Zelenski Boris Consonu Kiyevə rəsmi dəvət etməyib.

"Bildiyiniz kimi, baş nazir prezident Zelenski ilə demək olar ki, hər gün danışır və biz Ukraynaya dəstək baxımından son dərəcə vacib hesab etdiyimiz hər hansı sorğuya cavab vermək üçün əlimizdən gələni edirik və koordinator rolunu oynamağa davam edirik", Baş nazirin ofisi əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.