Siyasət

Kremldən Baydenin sözlərinə cavab

17 Mart 2022 08:14
0 Şərh     Baxış: 824

Kreml ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı çıxışını "bağışlanmaz" adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında deyib:

"Dünyada yüz minlərlə insan bu ölkənin bombalarından dünyasını dəyişib. Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik".

Xatırladaq ki, Bayden Rusiya prezidentini "hərbi cinayətkar" hesab etdiyini bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.