İran

"Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər"

27 Avqust 2024 15:51
Baxış: 2 446
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəzər dənizinin İran sahillərində suyun səviyyəsinin azalması narahatlıq doğurur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə rəisi Ümid Sadiqi İSNA-ya müsahibəsində bildirib.

"Yaxın 20 ildə dənizin dörddə biri quruya bilər. Xəzəryanı ölkələr bu məsələyə həsssas yanaşmalıdırlar. Xəzərə tökülən suyun 5 faizi İran çaylarının, 85 faizi isə Volqa çayının payına düşür. Nəticədə bizim Rusiya ilə daha çox qarşılıqlı fəaliyyətdə olmağımız və bunu koordinasiya etməyimiz lazımdır. Qazaxıstan və Azərbaycanın da Xəzərə tökülən çayları var və biz bu ölkələrlə də işləməliyik. Xəzərin səviyyəsinin enməsi çox vacib və həssas bir məsələdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.