İran

İranda ard-arda zəlzələlər oldu

17 Aprel 2024 13:24
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Sistan və Bəlucistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ötən gecə ard-arda iki zəlzələ baş verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Bununla bağlı sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.

"İlk zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə saat 00:29-da, ikinci zəlzələ isə 3,7 bal gücündə və saat 01:50-də qeydə alınıb", - deyə o qeyd edib.

Məcid Mohebbinin sözlərinə görə, zəlzələ nəticəsində dağıntı və ölüm halları olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.