Maraqlı

MediaTek Dimensity 2000 rekord nəticə yığıb

30 Noyabr 2021 21:50
0 Şərh     Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ice Universe ləqəbli məşhur insayder MediaTek şirkətinin yaxın zamanda təqdim olunacaq Dimensity 2000 flaqman prosessorunun AnTuTu test nəticəsini təqdim edib. İlkin məlumatlara əsasən sözügedən prosessor Snapdragon 888-dən 25% daha performanslı olacaq. İnsayder tərəfindən təqdim edilmiş fotoya əsasən MediaTek Dimensity 2000 modeli mobil prosessorlar arasında rekord göstərici əldə edib. Belə ki, bu prosessor AnTuTu bençmark testində 1.002.220 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 888 prosessoru AnTuTu testində maksimum 860.000 xal toplaya bilir.

Lakin bir çox hallarda Snapdragon 888-in sərgilədiyi nəticə 770.000 xal ilə 810.000 xal arasında dəyişir. MediaTek şirkəti öz yeni flaqman prosessorunu yaxın zamanda təqdim etməlidir. Məlumata əsasən 4 nanometrlik Dimensity 2000 prosessoru 3,0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 super nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı nüvəni və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini əldə edəcək. Yeni flaqman prosessorda qrafik özəlliklərdən Mali-G710 MC10 çipi cavabdeh olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.