Maraqlı

Belə toy hələ olmayıb - 3 min nəfərlik şənlikdə bəylə gəlinə 225 min manat hədiyyə edildi - VİDEO

16 Noyabr 2021 15:58
Baxış: 25 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şırnakda Ertoşi Gevdan qəbiləsinin toy mərasimində bəylə gəlinə 1 milyon 258 min lirə (225 min) qızıl və pul bağışlanıb. Toy mərasimi qəbilə başçısı Mehmet Aslanın evində olub. Toya Van, Hakkari, Qaziantep, Adana, Mersin, İstanbul, İraq və İrandan olan tayfa üzvləri qatılıb.

Təxminən 3 min adamın qatıldığı mərasimdə 130 baş qoyun, 2 ton düyü istifadə edilib. Qəbilə başçısı Mehmet Aslanın və tayfanın öndə gedən şəxslərinin 288 min TL-lik bəxşiş verdiyi toyda gəlin 1 kiloqramlıq qızıl zinət əşyaları taxıb. Qəbul edilən qızıl və sikkələrin cəmi 1 milyon 258 min TL olduğu öyrənilib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.