Maraqlı

Mərci uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı - FOTOlar

28 Avqust 2021 05:35
0 Şərh     Baxış: 1 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brian Priske maraqlı addımı ilə gündəmə gəlib.

Milli.Az "yenisabah.az"a istinadən xəbər verir ki, ötən gün Avropa Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) ilə cavab oyunundan sonra mətbuat konfransına yarımçılpaq vəziyyətdə çıxıb.

Sən demə, Priske oyundan əvvəl futbolçuları ilə mərcə girib. Deyib ki, onlar "Omoniya"nı keçib Avropa Liqasının qrupuna yüksələ bilməzlər. İlk oyunda Kipr klubu 4:2 hesabı ilə qalib gəlib. Ötən gecə isə görüşün əsas və əlavə vaxtı "Antverpen"in 2:0 hesablı üstünlüyü ilə bitib. Penaltilərdə rəqibini üstələyən (3:2) Belçika təmsilçisi Avropa Liqasının qrupuna yüksəlib.

Beləliklə baş məşqçi Brian Priske mərci uduzub və cəza olaraq mətbuat konfransına hamam dəsmalına bürünərək gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.