Avokado hündür və iri gövdəli ağacda yetişən bir meyvədir. O armuda, şarabənzər formada və 5-20 sm uzunluğunda olur. Böyüdüyü zaman onun çəkisi 2 kiloqrama qədər ola bilir. Avokado meyvəsi xaricdən tünd yaşıl rəngdə qalın qabıqla örtülü olur.
Avokadonun 400-dən artıq növü vardır. Onun dadı kərə yağı qarışdırılmış qoz və göyərti qarışımının dadını xatırladır. Avokado meyvəsi qidalılıq dəyərinə görə 1998-ci ildə Ginnesin Rekordlar kitabına düşmüşdür. Avokadonu kənd təsərüüfatında bizim eradan əvvəl 3-cü minillikdə yetişdirməyə başlamışlar. Avokadonun vətəni Meksika, Cənubi Amerika, Hindistan hesab edilir. Avropa ölkələrinə avokadonu ilk dəfə ispanlar Amerikadan su yolu vasitəsilə gətirmişlər.
Avokado alan zaman onun yetişib-yetişmədiyinə nəzarət etmək lazımdır. Əgər meyvə bərkdirsə və onun qabığını əzmək mümkün düyilsə deməli o yetişməyib, amma meyvənin qabığı bir az yumşalıbsa, deməli o zaman tam yetişib. Avokado alan zaman onun qabığının üstündə tünd ləkə və ya çat varsa o zaman bu əlamət meyvənin korlanmağa başlanmasının əlamətinin göstəricisidir. Avokadonu yetişən zaman dərdikdə onu bir-neçə gün qaranlıq yerdə saxlamaq lazımdır.
Avokadonu yeməzdən əvvəl onu doğramaq lazımdır. Bunun üçün meyvəni tən yarıdan bölüb, arxası üstə çevirmək lazımdır. Sonra onun içərisindəki çəyirdəyi çıxarıb qaşıqla içərisini qazımaq lazımdır. Avokadonun içərisini çıxardıqdan sonra tez bir zamanda yemək və ya salata qatmaq lazımdır. Meyvəni kəsdikdən sonra onu saxlamaq lazım gəldikdə limon şirəsində saxlamaq lazım gəlir.
Avokadodan şorbların, salatların, qəlyanaltıların, suşinin, buterburodların və bir çox qida məhsullarının hazırlanmasında istifafdə edilir. Avokadodan ən çox dəniz məhsullarından hazırlanan qidalarda geniş istifadə edilir. Vegeteriyanlar avokadonu yumurta və ət əvəzinə qəbul edirlər. Avokadonun kalori dəyəri onun növündən asılı olaraq dəyişir. Onun 100 qramında 167 kKalori var. Avokado yağının 100 qramında 884 kKalori var. Buna görə də artıq çəkidən əziyyət çəkən adamlara avokado yağından ehtiyatla istifadə etmək məsləhət bilinir.
100 qram meyvədə olan qida dəyəri:
- Zülallar - 2 qram
- Yağlar - 14,7 qram
- Karbohidratlar - 1,8 qram
- Su - 72,2 qram
- Kalori dəyəri - 160 kKal
Avokadonun tərkibi B, A, C, K, PP vitaminləri, fol turşusu, kalsium, fosfor, dəmir, natrium, gümüş, xlor, yod, bor, maqnium və digər mikroelementlərlə, yağlarla zəngindir. Onun tərkibində olan yağlar orqanizm tərəfindən asan sorulur.
Avokadonun orqanizmə faydası çox böyükdür. Gündəlik qida rasionuna avokado əlavə eləmək ürək-damar xəstəlikləri riskini aradan qaldırır. Araşdırmalar tez-tez avokado yeyən adamlarda infarkt təhlükəsinin olmadığını sübut etmişdir. Belə adamlar ateresklerozdan, hipertoniyadan, qan azlığından da uzaq olurlar. Dietoloqlar kataraktadan, qəbizlikdən, şəkərli diabetdən, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrə hər gün avokado yeməyi məsləhət bilir. Tez-tez infeksion xəstəliklərə məruz qalan və fiziki işlə çox məşğul olan adamlara hər gün avokado yemək məsləhət görülür.
Avokadonun tərkibində olan mannoheptuloza xroniki yorğunluğu aradan qaldırır, sinir sisteminin sakitləşməsinə yardım edir, diqqətin toplanmasına, əmək qabiliyyətinin yüksəlməsinə səbəb olur. Avokadonun tərkibində olan liflər orqanizmi radikallardan və qocalmadan qoruyur. Avokadonun tərkibində olan A və E vitaminləri dəridəki xırda qırışların aradan qalxmasına, psoriazın sağalmasına, xırda səpgilərin, eqzemanın aradan qalxmasına səbəb olur.
Avokadodan kosmetologiyada geniş istifadə edilir. Ondan hazırlanan maskalar üz dərisinin cavanlaşmasına, xırda qırışların açılmasına səbəb olur. Avokadonu zeytun yağı ilə qarışdırıb üzə qoyduqda isə dəri sakitləşir, qidalanır və gəncləşir. Avokadodan hazırlanan sıyığı üzdə 20 dəqiqə saxlayıb ilıq su ilə yuduqda isə dəri gözəlləşir. Dəridə olan yağlılığı aradan qaldırmaq üçün isə avokadonu limon şirəsi ilə qarışdırıb üzə qoyduqda isə dərinin yağlılığı normallaşır.
Avokadonın ziyanı:
Avokado bəzən orqanizm üçün təhlükə yaradır. Bu orqanizmin meyvənin tərkibindəkilərə qarşı allergiyası olan zamanlarda baş verir. Bəzi orqanizmlər avokadoya qarşı həssas olur və allergik reyaksiyalar baş verir. Bu səbəbdən də uşaq əmizdrən analara bu meyvədən yemək məsləhət bilinmir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Avokadonun bilmədiyininiz faydaları
26 Avqust 2021 02:03
0 Şərh
Baxış: 1 774

DİGƏR XƏBƏRLƏR
-
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
-
Rəhman Rəhmanovun şikayətinə TƏBİB-dən reaksiya - yenilənib - VİDEO
-
Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2025”də iştirak ediblər - VİDEO - FOTO
-
Azərbaycanlı bloqer sevgilisinə yaşı qədər hədiyyə ALDI - VİDEO
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Bu da Mirələmin heç yerdə görmədiyiniz OĞLU - VİDEO
XƏBƏR LENTİ
-
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı - yenilənib
-
UEFA "Beşiktaş"ı böyük məbləğdə cərimələdi
-
“Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı
-
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
-
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - VİDEO - FOTO
-
Almaxanımın əkizləri doğuldu
-
Rəhman Rəhmanovun şikayətinə TƏBİB-dən reaksiya - yenilənib - VİDEO
-
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO
-
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
-
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik
-
Hamamda edilən bu səhv ölümə aparır
-
Ermənistan Rusiyaya nota verdi
-
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - TƏHLİL
-
Niko Uilyams "Barselona"nı buna görə seçməyibmiş
-
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
-
Azərbaycanda ən az maaşı kim alır? - açıqlama
-
Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb
-
İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
-
Pezeşkian: Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb
-
İlham Əliyev: Azərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub
-
Sabiq rəis elektron qolbaqda gəzəcək
-
"Anama nifrətlə baxırdım"
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb - FOTO