Maraqlı

“Amazon”un qurucusu Ceff Bezos baş direktor postunu tərk edib

8 İyul 2021 23:20
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük onlayn-riteylərindən biri olan "Amazon" kompaniyasının qurucusu Ceff Bezos baş direktor postunu tərk edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Bezosu bu vəzifədə "Amazon Web Services" xidmətinin rəhbəri Endi Cessi əvəzləyib.

Ceff Bezosun baş direktor postunu tərk edəcəyi fevralda məlum olmuşdu. Mayda isə o, vəzifədən "Amazon"un yarandığı gün - iyulun 5-də gedəcəyini bildirmişdi. Bundan sonra 57 yaşlı biznesmen kompaniyanın idarə heyətinin sədri olaraq qalacaq və onun səhmlərinin 10 faizinə sahib olmaqda davam edəcək.

Dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edən Ceff Bezosun sərvəri 177 milyard dollar həcmində qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.