Maraqlı

Apple-dan 5G üçün böyük yatırım – Çip dizaynı mərkəzi yaradılır

16 Mart 2021 21:10
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkəti müxtəlif növ investisiyalarla yeni texnologiyalar üzrə  araşdırmalarını davam etdirir. Şirkət Almaniyanın Münhen şəhərində "Avropa Silikon Çip Dizayn Mərkəzi" quracağını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, dəyəri 263 milyard dollar olan Apple quracağı mərkəzin 5G və simsiz rabitə texnologiyaları ilə bağlı müxtəlif araşdırmalar aparan AR-GE müəssisəsi olacağını bildirib.

HƏMÇİNİN OXU: İphone 13 seriyasının batareya tutumu bəlli oldu

Şirkət müəssisənin yaradılması üçün yaxın 3 ildə 1,2 milyard dollar sərmayə yatırmağı hədəfləyir. Həmçinin yeni mərkəzin sırf bərpa olunan enerji mənbələri ilə təchiz edilməsi gözlənilir.

Apple-ın yeni müəssisəsi 30 min kvadrat metrlik sahəyə sahib olacaq. Obyektin 2022-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.