Maraqlı

"Ərim mənə ancaq hündürdaban ayaqqabılar alır"

30 Yanvar 2021 17:36
Baxış: 1 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Yasemin Özilhan ana olduqdan sonra həyatının necə dəyişməsindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi xasiyyətinin tez-tez dəyişməsindən gileylənib.

"Əvvəl əsəbiləşdiyim məsələlərə indi sakit reaksiya verirəm. Ana olandan sonra çox dəyişdim. Adi biri olmaq lüks həyatdır. Buna ana olduqdan sonra sahib oldum. Ana olandan sonra daha təbii, özüm kimi oldum. Uşağın doğulandan sonra bu gözəlliklər mənə sahib oldu", - Yasemin söyləyib.

Özilhan həyat yoldaşının ondan istəklərini deyib:

"Çəkiliş məkanında hər zaman rahat geyinirdim. İndi sosial media sayəsində modanı yaxından izləyirəm. Əvvəl ancaq idman tərzində geyinirdim. İzzet Özilhan isə tanış olduğumuz ərəfədə stilimi idarə etməyə başladı. İzzetin bacıları ancaq hündürdaban və şık geyinirdilər. Ərim də mənə ancaq hündürdaban ayaqqabılar alırdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.