Maraqlı

Ağ ciyər arteriyasının tromboemboliyası

21 Yanvar 2021 07:31
Baxış: 2 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağ ciyər arteriyasının trombu böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan,qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləridir.Tromboemboliya isə həmin trombla ağ ciyər arteriya kökünün və ya şaxəsinin mənfəzinin tutulmasıdır..Ağ ciyər arteriyası və ya kökünün tromboemboliyası ağ ciyərin spazmı ilə xarakterizə olunur.Bu da ağ ciyərdə qan axınının məhdudlaşmasına səbəb olur.Ağ ciyərlərdə tromboemboliya müxtəlif xəstəliklərin ağırlaşmasıdır.
70% hallarda ağ ciyər arteriyasının tromboemboliyasının yaranma səbəbi dərin venaların ileofemoral seqmentinin kəskin trombozudur.
Magistral venalarda trombyaranma prosesinə şərait yaradan çoxsaylı amillər var.Bunlara aiddir:
- bədxassəli şişlər
- hipodinamiya ya da məcburi yataq rejimi
- aşağı ərtaf sümüklərinin travması
- qocalıq və ahıl yaş
- aşağı ətraf venalarının xroniki çatışmazlığı
- eritermiya
- cərrahi müdaxilələr
Tromboemboliya zamanı ağ ciyər arteriyalarının mənfəzinin tutulması baş verir ki, bu da damarların qidalandırdığı nahiyələrin oksigensizləşməsinə səbəb olur.Nadir hallarda ağ ciyər arteriyasının kökündə massiv tromboemboliya baş verir ki,bu da ağır klinik mənzərənin yaranmasına səbəb olur və ölümlə nəticələnir.
Tromboemboliyanın ağırlıq dərəcəsi aşağıdakılardan asılıdır:
- trombun həcmindən
- trombositlərdən xaric olan vazokonstruktor faktorların humoral təsirindən
- ağ ciyərdə baş verən spazmın səviyyəsindən
- ikincili yerli trombun yaranma sürətindən və səviyyəsindən
Ağ ciyər arteriyasının tromboemboliyası nəticəsində ağ ciyər qan axınının tam və ya hissəvi kəsilməsi xəstəliyin kliniki mənzərəsini və xəstənin taleyini müəyyən edən 2 əsas ağırlaşmaya səbəb olur.
- tənəffüs çatışmazlığı və arterial hipoksiyanın inkişafı
- ağ ciyər hipertenziyasının inkişafı və arterial hipoksemiyanın inkişafı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.