Maraqlı

Rusiyalı həkim koronavirusun əsas əlamətini açıqlayıb

26 Dekabr 2020 23:15
Baxış: 4 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı mütəxəssis koronavirusun əsas simptomu və göründüyü vaxtı açıqlayıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, həkim-immunoloq-allerqoloq Vladimir Bolibok deyib ki, koronavirusu digər infeksiyalardan fərqləndirən məhz qoxu və dad itkisidir.

Mütəxəssisə görə, qoxuları və dadları ayırd etmək xüsusuiyyətinin itirilməsi virusa yoluxan kimi, dərhal deyil, təxminən xəstəliyin ikinci həftəsində baş verir.

Onun sözlərinə görə, burada ən əsas amillər (simptomlar) qoxu və dad itkisidir: "Bu, sırf koronavirus infeksiyasına xasdır. Buna digər viruslarda da, məsələn qripdə də rast gəlmək olar, lakin bu, onlar üçün daha az xarakterikdir".

Həkim qoxu itkisinə koronavirusun yüngül gedişində daha çox rast gəlindiyini də əlavə edib.

Dekabrın əvvəlində İslandiyadan olan bir qrup alim COVID-19-un əsas bir simptomu - mialgiyanın olduğunu açıqlamışdılar. Bu, əzələlərdə, bağlarda, sümüklərdə, orqanlarda və yumşaq birləşdirici toxumalarda ağrı ilə özünü göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.