Maraqlı

Viruslardan qorunmağın yolu: Sodalı su ilə qarqara, D və C vitaminləri qəbul etmək...

31 Oktyabr 2020 20:45
Baxış: 2 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Virus və infeksiyalara, epidemik xəstəliklərə yoluxma halları qışda qapalı yerlərdə və sıx təmas səbəbindən artır. Pandemiya dövründə yoluxmaların qarşısını almaq üçün bədənin müqavimətinin artırılması vacibdir.

Türkiyədən olan məşhur həkim, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay Anadolu Agentliyinə (AA) açıqlamasında deyib ki, xəstəliklərdən qorunmaq üçün orqanizmin müqavimətini gücləndirmək lazımdır:

"D vitamini bədəni gücləndirən ən vacib vitaminlərdən biridir. D vitamini orqanizm üçün çox vacibdir. D vitamininin bədəndə səviyyəsi 100-dən artıq olmalıdır. Bu vitamininin immunitet sistemini gücləndirdiyi və xəstəliklərlə mübarizə apardığı sübut edilib. Günəşdən də qəbul edilə bilər. D vitamini yüksək olduqda insanlar virus və infeksiyalardan xəstələnmirlər, xəstələnsələr də, çox yüngül keçir. Bu, bir çox araşdırmalarla sübut olunub".

Vətəndaşları qaydalara daha çox riayət etməyə çağıran professor yüksək dozada C vitamininin də çox vacib olduğunu deyib: "2012-ci ildə aparılan bir araşdırma C vitamininin əslində ciyərlərdə yığılmış mayeni təmizlədiyini göstərdi. Hər zaman bütün həkimlərimizə, səhiyyə işçilərimizə və ictimaiyyətimizə qoruyucu kimi orqanizmdə D və C vitaminlərinin yüksək olmasını məsləhət görürəm. Heç bir virus qələvi deyilən bir mühitdə yaşamır, bu, elmi sübutdur. Bütün dostlara, səhiyyə müəssisələrində çalışan hər kəsə və vətəndaşlara səhər və axşam sodalı su ilə qarqara etməyi tövsiyə edirəm. Əlləri yuymaq, normal yuxu və maye qəbul etmək çox vacibdir. C vitaminini ağızdan qəbul etmək çox önəmlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.