Maraqlı

Ford yeni avtomatik park sistemi yaratdı

29 Avqust 2020 22:40
Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tesla, Mercedes, BMW kimi şirkətlərdən sonra digərləri də avtomatik sistemlərə üstünlük verməyə başlayıblar. Bosch və Bedrock Technologies ilə əməkdaşlıq edən Ford yeni avtomatik park sisteminin demo versiyasını yayımlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Bosch şirkəti eyni texnologiyanı hələ 2017-ci ildə Mercedes ilə reallaşdırıb. Ötən il insansız park sistemi üçün səlahiyyətli yerlərdən icazə alan Bosch 4 səviyyəli avtomatik park sistemlərindən istifadə edib.

Ford-un yeni park sisteminin təqdimatı isə Amerikada Assembly Garage-də keçirilib. Ford Escape modelində istifadə olunan sistemlər boş parkinq yeri tapmaq üçün Bosch sensorlarından yararlanır. Bu sistem ilk dəfə olaraq orta səviyyəli avtomobillərdə yeni texnologiyalardan istifadə deməkdir.

Yeni sistem qiyməti 25 min dollar civarında olan avtomobillər üzərində sınaqdan keçirilib. Mercedes üçün isə bu göstərici 100 min dollar idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.