Maraqlı

Görüntü keyfiyyətini artıran, enerji sərfiyyatını aşağı salan ekran modeli - Quad HD

20 Avqust 2020 23:20
Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər smartfon modellərinin artması bəzi ekran həlli anlayışlarının yaranmasına səbəb olub. Bu konsepsiyalardan biri də Quad HD (QHD)-dir.

Milli.Az ted.az-a istinadən bildirir ki, QHD 2560 × 1440 ölçü ilə uyğunlaşır. Bu ölçü isə standart HD panelində (720p) əldə edilən piksel sayından 4 dəfə çoxdur. Bu cür ekranlara "2K" da deyilir. Məsələn, 5,5 düymlük QHD ekranın piksel sıxlığı 538 ppi-dir. Müqayisə üçün bildirək ki, 5,5 düymlük Full HD displeyin piksel sıxlığı 400 ppi təşkil edir. Ppi dəyəri dedikdə bir düym üçün piksel sayı nəzərdə tutulur. Bu göstərici nə qədər yüksək olsa, görüntü o dərəcədə keyfiyyətli olur.

Bu gün bazardakı bir çox orta və yüksək səviyyəli smartfonlar QHD ekranı dəstəkləyir. Amma  istehsalçılar xərcləri azaltmaq üçün əksər telefonlarda HD və Full HD ekranlara üstünlük verirlər. Həmçinin bu göstərici nə qədər yüksək olarsa, ekranın enerji sərfiyyatı da o qədər yüksək olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.