Maraqlı

Xiaomi'nin CEO'su: Öz çiplərimiz üzərində işləməyə davam edirik

11 Avqust 2020 07:51
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin texnologiya istehsalçısı Xiaomi-nin qurucusu və baş direktoru Lei Jun, şirkətin öz çiplərini istehsal etmək çalışmalarının davam etdiyini açıqladı.

Xiaomi-nin qurucusu, prezidenti və icraçı direktoru Lei Jun Weibo-da verdiyi açıqlamada Xiaomi-nin çip araşdırma və inkişaf səyləri, böyük çətinliklərlə üzləşməsinə baxmayaraq 2014-cü ildən bəri davam etdiyini söylədi.

"2014-cü ildə Pengpai çipi üzərində işə başladıq və 2017-ci ildə ilk məhsulu təqdim etdik. Sonra böyük çətinliklərlə üzləşdik." Lei Jun bildirdi ki, layihə hələ də davam edir və yeni bir inkişaf olduqda onun haqqında məlumat verəcəkdir. Mobil cihazların ən əsas komponentlərindən olan çiplər tədqiqat və inkişaf mərhələlərində texnologiya şirkətləri üçün ən çətin məsələlərdən biri kimi göstərilir.

Milli.Az techland.az-a istinadən bildirir ki, Lei Jun-un bu sözləri, Xiaomi-nin alt şirkəti olan Pinecone tərəfindən hazırlanan ilk çipin (Pengpai S1) uğursuz olması nəticəsində çip istehsal etmək fikrindən imtina etməsi ilə bağlı xəbərləri də təkzib etdi. Alınan məlumata görə, Xiaomi tədricən çip istehsalını artıracaq və ilk növbədə daha aşağı hədləri olan Bluetooth və RF çiplərini inkişaf etdirəcəkdir.

Bu o deməkdir ki, Xiaomi, smartfonlar üçün üzərində işlədiyi deyilən Pengpai S2 çipini yaxın gələcəkdə təqdim etməyəcək. Bu ilin əvvəlində başqa bir smartfon istehsalçısı OPPO isə, öz istehsal etdiyi "Mariana" adı verilən çipini elan etdi. Ağıllı texnologiyalar istehsal edən bütün şirkətlərin çip istehsalını öz şirkətləri daxilində həll etməklə xarici asılılıqdan qurtulmaq istədikləri görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.