Maraqlı

SpaceX şirkəti 1 milyard dollar investisiya cəlb etməyi planlaşdırır

28 İyul 2020 23:45
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SpaceX şirkəti 1 milyard dollar investisiyanın cəlb olunması üzrə danışıqlar aparır. İnvestorlar şirkətin bazar dəyərini 44 milyard dollar qiymətləndirirlər. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən şirkət bu investisiyanı Starlink adlı genişzolaqlı internet layihəsinin istifadəyə verilməsi və Starship kosmik gəmisi ilə SuperHeavy adlı ağır raketin orbital və suborbital testlərinin reallaşdırılması üçün sərf edəcək.

SpaceX-in fikrincə nəticə etibarilə Starlink layihəsinin çıxacağı bazarın dəyəri 1 trilyon dollar təşkil edir. Şirkət bu sahədə gəlirin artıq 2020-ci ildə əldə olunacağını planlaşdırır. Bloomberg saytının mənbələri də qeyd ediblər ki, SpaceX şirkəti investor axtarışındadır. Məlumata əsasən şirkət öz səhmlərini 270$-dan satmağı planlaşdırır. Yeni investisiya raundu 2 aydan tez bağlanmayacaq və investisiya şərtlərində hələ də dəyişikliklər ola bilər.

Morgan Stanley şirkətinin məumatına əsasən SpaceX şirkəti indiyənə kimi ümumilikdə 3.5 milyard dollar investisiya əldə edib. Hələ aprel ayında Elon Musk qeyd etmişdi ki, o, Starlink peykləri vasitəsilə internet şəbəkəsinin testini bu ilin oktyabr ayı üçün planlaşdırır. İlkin mərhələdə normal internet qoşulmasının reallaşdırılması üçün Yer kürəsinin orbitində 720 ədəd peyk yerləşdirilməlidir. Bu ayın ortasında olan göstəriciyə əsasən Yer kürəsinin orbitində artıq 500 ədəd Starlink peyki mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.