Maraqlı

ABŞ Huawei ilə mübarizə aparmaq üçün Ericsson-u satın almaq istəyir

2 İyul 2020 23:20
Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal telekommunikasiya avadanlıqları bazarında Huawei 28% bazar payı ilə birinci yerdədir. Bundan əlavə, Çin istehsalçısı 5G patentlərində 20% paya sahibdir. Hazırda ABŞ hökuməti Çinə məlumat toplamaqda günahlandırılan Huawei-in inkişafına mane olmaq üçün əlindən gələni edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, təsdiqlənməmiş məlumatlara görə, ABŞ hökuməti hazırda Huawei-in əsas rəqiblərinə dəstək olmağın yollarını axtarır.

Bunun üçün ABŞ rəsmiləri Ericsson və Nokia kimi şirkətləri vəsaitlə təmin etmək, hüquqi dəstək və vergi güzəştləri verməyin yollarını müzakirə edir.

Eyni zamanda, ABŞ Huawei ilə mübarizə aparmaq üçün Ericsson-u satın almağı düşünür. Daha doğrusu, ABŞ prezidenti Donald Tramp administrasiyası, Cisco Systems kimi texnologiya sənayesinin liderlərinə Ericsson-u satın almaq üçün dəstək verməyi planlaşdırır. Bu isə heç kimə sirr olmayan məsələni ortaya çıxarır, telekommunikasiya avadanlıqları bazarı yüksək gəlirli sahə deyil. Ona görə də, bir çox Amerika şirkətinin belə bir alışa real marağı yoxdur. Çox şey hökumətin dəstəyindən və ABŞ-ın verəcəyi faydalardan asılı olacaq.

Qeyd edək ki, ABŞ nəinki ölkədə Huawei avadanlığının istifadəsini qadağan etməyə, həmçinin bütün müttəfiqlərini də bu addımı atmağa inandırmağa çalışır.

Huawei rəsmiləri isə öz növbəsində şirkətin Çin hökumətinə və ya başqa quruma qarşı heç vaxt casusluq etmədiyini iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.