Maraqlı

Amazon istiqrazlarla bağlı rekordu yenilədi

4 İyun 2020 22:20
Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın elektron ticarət şirkəti Amazon özünə aşağı faizlə 10 milyard dollar vəsait cəlb edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət üç illik istiqrazlarını 0,4% ilə yerləşdirib və bu, rekord səviyyədir: 2012 və 2013-cü illərdə Apple, IBM və Walt Disney kimi nəhəng şirkətlər maliyyəni 0,45% artımla cəlb edib.

2017-ci ildə şirkət üçillik istiqrazlarını 1,9% ilə yerləşdirib.

Bundan əlavə, Amazon 1,2% və 1,5% ilə yeddi və on illik istiqrazlar yerləşdirib. Beləliklə, pərakəndə satış şirkəti bu ilin əvvəlində eyni bazarda olan "Costco" şəbəkəsinin rekordunu yeniləməyi bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.