Maraqlı

Feysbuk və Tvitter Rusiyaya təzminat ödəməkdən imtina etdi - SƏBƏB

30 May 2020 07:31
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk və Tvitter onlara qarşı Rusiyada məhkəmə qərarı ilə rəsmiləşdirilən 4 milyon rubl təzminatı ödəməkdən imtina edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Dövlət Nəzarəti Xidməti ("Roskomnadzor") bir müddət öncə Feysbuk, eləcə də Tvitter istifadəçisi olan rusların ünvanlarının, fotolarının və digər şəxsi məlumatlarının məxfiliyinin qorunmadığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

Nəticədə sosial şəbəkələr cərimələnmişdi. Ancaq cərimə ödənilməyib. Bundan narazılıq edən "Roskomnadzor"un etirazına cavab olaraq Feysbuk və Tvitter Rusiyada çıxarılmış məhkəmə qərarının məntiqsizliyini bildirib. Hər iki şirkət Rusiyada rəsmi qeydiyyata alınmadıqları halda bu ölkənin məhkəməsində 4 milyon rubl cərimələnmələrini qeyri-qanuni hesab edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.